Yaxın günlərdə Azərbaycanda Qida Təhlükəsizliyi Klinikası yaradılacaq.
Bizimyol.info xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib. Klinikada Biotəhlükəsizlik və müdafiə, eyni zamanda Toksik və kimyəvi təhlükəsizlik üzrə mərkəzlər fəaliyyət göstərəcək.
Biotəhlükəsizlik və müdafiə mərkəzi müntəzəm olaraq ölkənin biotəhülkəsizlik statusunu nəzarətdə saxlayacaq, bioloji təhlükəli ocaqları araşdıracaq, ölkə xaricində və daxilindəki təhlükəli mərkəzlərə nəzarət aparacaq, prevantiv tədbirlər həyata keçiriəcək, böhran vəziyyətlərində əlaqələndirici vəzifəni yerinə yetirəcək, genom xəritələri təyin edəcək, biotexnoloji metodlarla təhlükənin aradan qaldırılmasına yardım edəcək.
“Mərkəzdə 3 laboratoriya yaradılacaq və müxtəlif xəstəliklərdən qorunmaq üçün əhalinin maarifləndirilməsi işləri aparılacaq”,- deyə Qoşqar Təhməzli bildirib.
İlhamə Rəsulova