Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Türkiyəni Suriya müharibəsindən məğlub çıxartmaq istəyirlər”

Son günlər Suriya üzərində rus-türk münasibətlərində yeni gərginlik hiss olunmaqdadır. Türkiyə prezidenti Suriyadan geri çəkilməyəcəklərini bəyan etdi, buna cavab olaraq Dmitri Peskov “türklər sazişi pozurla” cavabını verdi.Hadisələr hansı məcraya yönələcək,Rusiya- Türkiyə münasibətləri siyasi arenada nələrə səbəb ola bilər?

Bizimyol.info-nun suallarını beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli cavablandırır.

Əziz Əlibəyli

-Əziz bəy, Rusiya-Türkiyə münasibətlərində son iki ildə müşahidə olunan mülayimlikdən sonra yenidən soyuq küləklər əsməyə başlayıb.

- Əslində Rusiya -Türkiyə münasibətlərini bir neçə istiqamət üzrə qiymətləndirmək lazımdır.Ən vacib yanaşma budur ki, bu münasibətlərin toqquşması Suriyadan başlamayıb. Türkiyə-Rusiya maraqları Ukraynada, Qafqazda, Balkanlarda, məsələn Serbiya və Kosovada, Kiprdə, Aralıq dənizi bölgəsində, Liviyada toqquşur. Üst-üstə düşmür, konkret olaraq toqquşur. Amma son üç ildə maraqların toqquşması məhz Suriya ilə başğlı olub. Öncə Suriyadan başlayaq. Bu artıq diplomatik toqquşma mərkəzindən aktiv toqquşma mərkəzinə çevrilib. 2015-ci ilin oktyabrında yaşanan hadisəni xatırlayaq. Rusiya təyyarəsinin vurulmasından sonra münasibətlər yeni sferaya keçdi. Rusiya təyyarəsinin türklər tərəfindən vurulması, Ərdoğanın üzr məktubundan sonra münasibətlər mülayimləşdi və iqtisadi münasibətlər yenidən yüksəlməyə başladı. Söhbət həm Suriyada əməkdaşlıqldan, həm də iqtisadi əməkdaşlıqdan gedirdi. 2016-2018-ci illər ərzində Suriya ərazisindəTürkiyə- Suriya münasibətlərində fasilə yarandı, tərəflər, xüsusən Rusiya bir- birlərini qıcıqlandırmamağa çalışdı.

İdlibdə əməliyyatlarda fasilə yarandı. Bu günlərdə İrandan Əsədə “İdlibi vur” əmri gələndə bu bölgə yenidən bir neçə münasibətlərinin qarşılaşma nöqtəsinə çevrildi.

İdlibdə yaşanan br neçə vacib məqamı qeyd etməliyik. Türkiyənin “Fərat qalxanı” əməliyyatı başa çatmadı. Ankara YPG-nin Türkiyə sərhədlərində parçalanmasını, uzaqladırılmasını istəyirdi. Ruslar isə türk ordusunun qarşısına sədd çəkdilər. Bunun adını güvənli ərazi qoydular.Soçi sazişi bağlandı. Türkiyənin burda uduzduğu məqam oydu ki, türklər Suriyada hərbi hava qüvvələrindən yaralana bilməyəcəkdi. Bu Rusiyanın türklərə “hədiyyəsi” oldu. Afrin əməliyyatından sonra Resul -Aynla Tel-Abayn arasındakı ərazi türklərin nəzarətinə keçdi. “Pınar əməliyyatı” əslində uğurla gedirdi. Lakin Putinlə Ərdoğanın 6 saatlıq danışması burdada öz rolunu oynadı.İşlər yarımçıq qaldı. Üstəlik qıcıqlandırıcı məqam budur ki,Rusiya YPG-nin ofisini Moskvada açdı və ofis hələ də qalmaqdadır. İndi məsələ nə yerdədir?

İdlibdə 5 milyon əhali yaşayır və onların həyatına zəmanəti Türkiyə verir ,onların təhlükə altında olması idliblilərin Türkiyəyə kütləvi köçü demək olacaq.

-İllərdir Rusiyanın dəstəyini alan və hakimiyyətdə qalan Əsəd rejimi çoxmu davam edəcək?

-İdlib Əsədin İrandan və ruslardan aldığı güclə bombardman edilir. 9 ildir davam edən vətəndaş müharibə böyük ehtimalla Əsədin xeyrinə həll olunacaq.

Rusiya və Türkiyə arasındakı münasibətlərə Türkiyə- ABŞ münasibətləri də rəng qatır.. Türkiyə NATO ölkəsi kimi öz sərhədlərini qorumağa çalışdı, Amma, NATO-dan dəstək ala bilmədi, türklər ruslardan silah almağa gedincə, NATO Türkiyənin rəqib ölkə ilə əməkdaşlığını xəyanət kimi qiymətləndirdi.Türkiyə bu silahlardan istifadə etməklə daha güclü bir bölgə dövlətinə çevirmiş olur. İdlib üzərindən məsələlərə baxında görünən odur ki, İdlibi Türkiyənin nəzarəti altından qoparmaq və Türkiyəni bu müharibədə məğlub etmək istəyirlər.

- Türkiyə yenidən Rusiyanın embarqolarına məruz qala bilərmi?

-Rusiyanın yenidən Türkiyəyə embarqo qoyacağına inanmıram. Rusiyanın Tütkiyə kimi müttədfiqə ehtiyacı var, onun ABŞ cəbhəsində yer almasına həvəsli olduğunu inanmıram. Eyni zamanda S-400- lərin satışını dayandırmaq istəməz.Türkiyənin bu silahları alması onu həm Rusiya ilə sıx bağlayır, həm də digər ölkələri bu silahları almağa həvəsləndirir.Üstəlik Rusiya tərəfindən baxılarsa, bu saziş NATO-Türkiyə münasibətlərində soyuqluq yaradır.

- Türkiyə Rusiyadan silah almaqla NATO-nun narazılığını qazanmış oldu. Sizcə meydanda tək qala bilərmi?

-Yox sanmıram. Türk əsgərləri bu savaşda həlak oldular və ABŞ türk əsgərlərinin ölümünə görə təəssüfləndiyini bildirdi.Çox böyük ehtimalla danışıqlar aparıılacaq və status -kvo bərpa olunacaq.Suriyada hər bir ölkə ona görə var ki, bu ölkənin təbii sərvətlərinin bölüşdürülməsi prosesi gedir. Suriyanın böyük neft ehtiyatlarına malik Şimal zolağına ABŞ qüvvələri burda üstünlük təşkil edir. Türkiyənin də gələcəkdə bu neftdən pay almaq planı var. Lakin indi ilk olaraq öz sərhədlərinin təhlükəsizliyini düşünmək məcburiyyətindədir. Bütün bu maraqlar İdlibdə həll olunmalıdır. İdlib tərəfləri danışıqlar masasına oturmağa məcbur edəcək. Lakin status -kvo nə deməkdir? Problem həll olunmamış qalır, problem sönməmiş qalır.Yəni müharibə hər zaman yenidən alovlana bilər.Bu dövrdə kim əlini möhkəmləndirsə, gələcəkdə söz sahibi də o olacaq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »