Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazarbayevin nəvəsi babasından qaçaraq Britaniyadan sığınacaq istəyib

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin nəvəsi - Aysultan Nazarbayev Böyük Britaniyadan siyasi sığınacaq istəyib.

“İnterfaks”a istinadən xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb. Aysultan sığınacaq istəməsini ailəsinin ona təzyiq göstərməsi ilə izah edib.

Qazaxıstanın ilk prezidentinin nəvəsi həmçinin Rusiya və Qazaxıstan hökuməti arasında irimiqyaslı korrupsiya işi haqqında məlumatının olduğunu söyləyib.

O, bütün detalları “The Times” qəzetinə müsahibəsində açıqlayacağını da diqqətə çatdırıb.

Xatırladaq ki, 29 yaşlı Aysultan Nazarbayev 2019-cu ilin oktyabrında Londonda polisə hücum etdiyinə görə şərti cəzaya - sınaq müddətinə məhkum edilmişdi. Hökm 18 aylıq sınaq müddətini, narkotik asılılıqdan müalicəni, ictimai işlərdə çalışmağı və cəriməni nəzərdə tuturdu.

A.Nazarbayev Qazaxıstanın keçmiş prezidentinin böyük qızının - Dariqa Nazarbayevanın və kürəkəni, mərhum Rahat Əliyevin oğludur. (report)

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
››› Həkim pandemiyanın bitəcəyi tarixi açıqladı
Son xəbərlər
Bütün xəbərlər »