Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkidə evdən qızıl və pul oğurlayan gənc saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini yaşadığı evdən özünün olmadığı müddətdə qızıl-zinət əşyaları və pulun oğurlanması barədə məlumat verib.

Bizimyol.info xəbər verir ki, DİN mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, zərərçəkmişə məxsus evdən 18700 manat dəyərində qızıl sikkələrin və 3100 ABŞ dollarının oğurlandığı müəyyən olunub.

ŞRPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki şəhər sakini 19 yaşlı Abdullətif Əliyev saxlanılıb. O, ifadəsində törətdiyi cinayət əməlini etiraf edib, oğurladığı qızılların bir qismi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, A.Əliyevin digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »