Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Namizədlər seçkinin nəticəsini tanımadılar

Fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsindən qeydə alınmış 7 namizəd seçki saxtakarlığına etiraz əlaməti olaraq birgə bəyanat imzalayıb.

Bizimyol.info xəbər verir ki, bəyanatı Elşad Musayev, Əpoş Vəliyev, Elnur Qasımov, Rəşad Rzayev, Günel Səfərova, Nemət Kərimli və Ülvi Həsənov imzalayıblar.

Həmin bəyanatı olduğu kimi təqdim edirik:

"9 saylı Binəqədi ikinci seçki dairəsindən 9 fevral 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər üzrə qeydə alınmış namizədlər olaraq seçki günü aktiv müşahidə etdiyimiz ciddi qanun pozuntuları, karusellər, topa şəkildə bülletenlərin seçki qutularına atılması, müşahidəçilərin seçkini izləmək imkanlarının məhdudlaşdırılması, müşahidəçilərə təzyiq göstərilməsi, səsvermə hüququ olmayan şəxslərin kütləvi surətdə mənzil istismar sahələrindən alınan saxta arayışlar əsasında səsvermədə iştirakı, bülletenlərin sayılmadı prosesindən müşahidəçilərin kənarlaşdırılması və protokolların surətlərinin seçki qanunvericiliyinə uyğun olaraq verilməməsi halları tərəfimizdən aşkar olunmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, 9 saylı Binəqədi ikinci seçki dairəsində total saxtakarlıq və qanun pozuntuları şəraitində keçirilən seçkilərin seçicilərin iradəsinin nəzərə alınmadığını qeyd etməklə seçkilərin nəticələrini rəsmi qaydada tanımadığımızı bəyan edir və yeni seçki keçirilməsini tələb edirik”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, 60.3 faiz səslə 9 saylı Binəqədi ikinci seçki dairəsindən Qafarov Kəmaləddin Nəsrəddin oğlunun qalib olduğu bildirilib.

Kəmaləddin Qafarov Kəmaləddin Qafarov
Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
››› Media Tramp və Putinin görüşü zamanı tərcüməçinin qeydlərinin hara getdiyini öyrənib
Son xəbərlər
Bütün xəbərlər »