Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seçki dairələrinin hesabatı “natamamdır”

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar üç seçki məntəqəsi hesabat verməyib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilən “dairələr üzrə lider namizədlər” cədvəlinə istinadən xəbər verir.

Həmin məntəqələrdən ikisi 111 saylı Zaqatala-Balakən Seçki Dairəsinə aiddir. 123 saylı Kəlbəcər Seçki Dairəsinin bir seçki məntəqəsi də hesabat verməyib.

Qeyd edək ki, parlamentə növbədənkənar seçkilər 125 seçki dairəsi üzrə 5 min 573 məntəqədə keçirilib.

Ölkə üzrə seçkidə ümumilikdə 2 milyon 547 min 982 seçici iştirak edib. Bu isə ümumi seçicilərin 47.81 faizini təşkil edir.

Xatırladaq ki, Azərbaycanda seçicilərin sayı 5 milyon 329 min 460 nəfərdir.(oxu.az)

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
Son xəbərlər
Bütün xəbərlər »