Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni ili qeyd edənlər çətin vəziyyətə düşüblər - Bir aydan çox okeanın ortasında qalıblar

Sakit okeanda bir aydan çox köməksiz vəziyyətdə qalan insanlardan 4-ü xilas edilib.

Lenta.ru-nun xəbərinə görə, Yeni Qvineya adasının Şərqi Papua hissəsindən 12 nəfər yeni ili qeyd etmək üçün qayıqla səyahətə çıxıb.

Bir müddət sonra qayıq çevrilib və onlar okeana düşüblər.

Onların bəzisi xilas ola bilib. Yemək və su qurtaranda isə kakos ağaclarının yaxınlığından üzməyə çalışan səyahətçilər qoza və yağış suyu ilə qidalanıblar. Aclıqla və çətin şəraitlə mübarizədə dörd nəfər xilas ola bilib.

Bir aydan sonra qayıq Yeni Kaledoniya sahillərinə çatıb.

Bir həftə sonra isə həmin şəxsləri Solomon adalarının paytaxtı Honiara şəhərinə çatdırıblar. Hazırda onlar xəstəxanada müalicə alırlar.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »