Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir ailə turşudan zəhərləndi, ana öldü, ikisinin vəziyyəti ağırdır

İmişli rayonunda zəhərlənmə hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Qaralar kəndi ərazisində yerləşən fermada qeydə alınıb.

Belə ki, həmin fermanın çobanı - Ağdam sakinləri - 1971-ci il təvəllüdlü Elman Mahmud oğlu Ağayev, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Səyalı Sarış qızı Ağayeva və ailənin 15 yaşlı qız övladı Samirə Elman qızı zəhərlənmə diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daha sonra ər və arvad Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Lakin həkimlərin səylərinə baxmayaraq S.Ağayevanın həyatını xilas etmək mümkün olmayıb. Hazırda M.Ağayevin Bakıda, qızının isə İmişlidə müalicəsi davam etdirilir. Lakin hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, zəhərlənmə evdə konservləşdirilmiş pomidor turşusundan olub. Belə ki, iki gün öncə ailənin hər üç üzvü pomidor turşusu yeyib, bir gün sonra isə vəziyyətləri pisləşib. Nəticədə bu gün səhər saatlarında ailənin hər üç üzvü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. (Report.az)

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› "Bakıdan İstanbula bilet 800 manatadır" - AZAL tənqid olundu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› Fevralın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »