Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusdan yazan çinli jurnalist yoxa çıxıb - Foto

Koronavirusdan həyatını itirənlərin sayı hər gün artır. Ümumi ölənlərin sayı 1114 nəfərə çatıb.

Bizimyol.info xəbər verir ki, ümumiyyətlə, dünyada 44,6 min nəfər bu virusa yoluxub. Hərçənd, Qərb mediasında başqa rəqəmlər səslənir. Ölənlərin sayının onminlərlə olduğu iddia edilir.

Belə iddialardan birini də çinli jurnalist Çen Qiuşi yazırdı.

Çen Qiuşi Çen Qiuşi

Dörd gündür ondan xəbər yoxdur. Ailəsi jurnalistin karantinə salındığını düşünür. Qiuşi yoxa çıxmazdan əvvəl “qorxuram, çünki qarşımda virus, arxamda Çin polisi var” yazmışdı.

Çen hələ yanvarın 24-də Vuhana getmişdi. O, videolar çəkərək həqiqəti hamıya çatdırmağa çalışırdı. “Twitter”dəki hesabından 500 minə qədər izləyicisinə baş verənlərin gerçək üzünü çatdırırdı.

İndi Çenin yaxınlarının əsas narahatlığı ondandır ki, jurnalist koronavirusa yoluxa bilər.

Son xəbərlər
Bütün xəbərlər »