Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Lukaşenkonu fövqəldövlət yaratmaq üçün yola gətirməyə çalışır

Rusiya dövlət başçısı Vladimir Putinin prezidentlik müddəti 2024-cü ildə başa çatır. O, bir daha prezident postunu tutmaq fikrində deyil.

Bizimyol.info xəbər verir ki, böyük ehtimalla Rusiyada prezidentlik postu ləğv olunacaq. Şimal qonşumuzda ali rəhbər vəzifəsinin yaradılması gözlənilir. Putin məhz bu yeri tutmağı düşünür.

Qərb mətbuatı maraqlı şeylər yazır. Yazılanlara görə, Putin Lukaşenkonu fövqəldövlət yaratmaq üçün yola gətirməyə çalışır. Əlbəttə, konkret SSRİ nəzərdə tutulmur. Amma buna bənzər bir formatdan söhbət gedir. Putin bir növ Belarusun Rusiya ilə eyni tərkibdə olmasını təklif edir. Lukaşenkonun təklifdən imtina etdiyi bildirilir.

“Bloomberg” yazır ki, hələ keçən ilin dekabrında iki dövlətin prezidentləri arasında görüş baş tutub. Amma razılıq əldə olunmayıb. İkinci görüş bir neçə gün əvvəl Soçidə həyata keçirilib. Bu dəfə Lukaşenko ittifaqdan daha israrla boyun qaçırb.

“Financial Times” yanvarda Putinin yenə baş nazir ola biləcəyini yazmışdı. Amma Mixal Mişustinin həmin posta gətirilməsi situasiyanı dəyişib. Çox güman ki, hər şey ümumi ittifaq yaratmaq, ali rəhbər postu təyin etməyə hesablanıb.

Paylaş »
››› Ermənistan hərbi geyimlərinin üstündə "Made in Turkey" etiketi aşkarlanıb - Foto
››› İlham Əliyevin açıqlamasından sonra Ermənistan: "Uşaqlarımızı Qarabağdan qaytarın"
››› Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim...”
››› "Azərİşıq": İşığımız Şuşada yandı! - Şəhərdən son videogörüntülər
››› Baş nazirdən Azərbaycanda sərt karantin rejimi ilə bağlı qərar
››› Paşinyanın oğlu da Moskvaya qaçdı - Video
››› "SMS" icazə ləğv olunur
Son xəbərlər
Bütün xəbərlər »