Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Formula 1-in rəhbəri konfrans üçün Bakıya gəlib

Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri fevralın 12-də baş tutan “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” (BHMSE) adlı beynəlxalq konfransın 4-cü buraxılışında iştirak edərək nitq söyləyib.

“İdman və şəhər” mövzusuna həsr olunan konfransın builki buraxılışına Formula 1 və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti rəhbərliyi ilə yanaşı bir sıra yüksək səviyyəli yerli rəsmilər və aparıcı xarici mütəxəssislər qatılıblar.

Bakı Konqres Mərkəzində keçirilən konfransda xarici qonaqlar qismində Çeyz Keri ilə birlikdə Formula 1 Fransa Qran Prisinin baş icraçı direktoru Erik Bulye, Sky Sports televiziya kanalının F1 şöbəsinin rəhbəri Skot Yanq, “Galway – Avropanın 2020-ci il Mədəniyyət Paytaxtı” tədbirinin əməliyyatlar və maliyyə üzrə direktoru Alan Qreydi və “Quantum Consultancy” şirkətinin baş icraçı direktoru Mark Matir iştirak edərək idmanın müasir şəhər quruculuğuna təsiri ətrafında çıxış edərək iştirakçıları dünyanın bu istiqamətdəki qabaqcıl təcrübə və yanaşmaları ilə yaxından tanış ediblər.

Çeyz Keri çıxışında idman və onun bir çox qlobal promouterinin birgə çalışaraq yarış başa çatdıqdan sonra da təsiri davam edəcək misilsiz, davamlı və dünya səviyyəli idman tədbirinə uğurlu şəkildə evsahibliyi etməyin yollarına dair düşüncələrini iştirakçılarla bölüşüb.

Onun idman yarışları və bu yarışların təşkilatçıları barədə söylədiyi fikirlər PwC beynəlxalq audit şirkətinin 2016-2019-cu illər ərzində Bakıda baş tutmuş Formula 1 Azərbaycan Qran Prisi yarışlarının ölkəyə qazandırdıqlarına dair ötən ay açıqladığı hesabatda qeyd olunan 506,3 milyon dollar dəyərində birbaşa və dolayı gəlirlərə aid göstəricilərdə öz əksini tapır.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
Son xəbərlər
Bütün xəbərlər »