Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Moskva və Dəməşqi Suriyanın İdlib şəhərində dinc sakinlərin ölümündə günahlandırıb. Onun fikrincə, suriyalı və rus hərbçilərin davranışı terrorçuların əleyhinə yönəlməyib.
Bizimyol.info xəbər verir ki, Ərdoğan daha atəşkəs rejiminin pozulmasına biganə qalmayacaqlarını bildirib. Türkiyə prezidenti məhz suriyalı və rus hərbçilərin hücumlarının dinc sakinləri sıradan çıxardığını söyləyib.
Ərdoğan Suriya qüvvələrinin türkiyəli hərbçilərə hücumundan da danışıb. Prezidentin dediyinə görə, hücum zamanı qardaş ölkə 14 əsgərini itirib, daha 40 nəfər yaralanıb.
“Gözləyirdik ki, bizə vəd olunanlar həyata keçiriləcək. Bizim humanist vəzifəmiz dinc Suriya xalqının həyatda qalmaq mübarizəsinə dəstək verməkdir”, - Ərdoğan belə deyib.
Rusiya mətbuatı da öz növbəsində Türkiyəni ittiham edir. Yazılanlara görə, türk ordusunun hücumları zamanı təkcə terrorçular yox, dinc sakinlər də həyatını itirib. Türkiyə isə Rusiya ilə bağlanan atəşkəs müqaviləsinə məhz şimal ölkəsinin əməl etmədiyini bildirir.