Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda pensiyaçıların sayı açıqlandı
Bankomat

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli Azərbaycanın pensiya sisteminin rəqəmlərlə izah edib.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, M.Abbasbəylinin sözlərinə görə, pensiya üç halda şəxs pensiya yaşına çatdıqda, əmək qabiliyyətini itirdikdə, vəfat etdikdə, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə təyin olunur:

O qeyd edib ki, Azərbaycanda pensiyaçıların sayı 1 280 000 nəfərdir. Bu da ölkə əhalisinin 13%-ni təşkil edir.

Pensiyaçıların sayı

1.Yaşa görə pensiyaçılar - 750 000 (pensiyaçıların 60%-i)

2.Əlilliyi görə pensiyaçılar - 380 000 (pensiyaçıların 30%-i)

3.ABİ-yə görə pensiyaçılar - 150 000 (pensiyaçıların 10%-i)

Pensiya məbləğləri:

1.Minimum pensiya məbləği - 200 manat

2.Orta pensiya məbləği - 300 manat

3.Maksimum pensya məbləği - 18 208 manat

Pensiya artımı üzrə indeksasiya:

1.2017-ci il üzrə - 5.7% artım

2.2018-ci il üzrə - 3% artım

3.2019-cu il üzrə - 16.6% artım

Nazir müşaviri pensiyaya dair formalaşmış yanlış fikirləri də açıqlayıb: "Pensiya heç də həmişə tək qocalıqla əlaqəli olmur. Şəxs istənilən yaşda əlil olduqda və vəfat etdikdə də pensiya əldə edə bilir. Pensiya heç də həmişə 200 manat olmur. Hazırda aylıq 18 208 manat pensiya alan şəxs var. Pensiya artımı heç də həmişə cüzi olmur. Son artım 16.6% təşkil edərək pensiyaları 33 - 2 400 manat aralığında artırıb".

Paylaş »
››› İş adamının jurnalistləri söyən qalmaqallı oğlu saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Tanınmış iqtisadçı İqtisadiyyat Nazirliyini "icazə sistemi"nə görə məhkəməyə verəcək
››› 2 polis zabiti koronavirsudan dünyasını dəyişdi
››› Mirşahin Ağayev koronavirusa yoluxub
Son xəbərlər
Bütün xəbərlər »