Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BDU professorunun polis oğlu adam aldatmaya görə cəzalandırıldı

Hələ dekabrda bizimyol.info Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin sahə müvəkkili Azər Qasımovun həbs olunduğunu yazmışdı. BDU-nun professoru, mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri Alış Qasımovun oğlu dələduzluqda və rüşvət verməyə təhrik etməkdə ittiham olunurdu.

Bizimyol.info xəbər verir ki, Azər Qasımov 4 il 6 ay azadlıqdan məhrum edilib. Prokuror onun 6 il cəza almasını istəmişdi. Sadəcə, zərərçəkənlə barışığın, himayəsində azyaşlı uşağın olması keçmiş sahə müvəkkilinin vəziyyətini yüngülləşdirib.

Professorun oğlu hələ o vaxt dələduzluq ittihamını qəbul etdiyini bildirmişdi. Bu dəfə də peşman olduğunu, özünü qismən təqsirli bildiyini deyib.

Azər Qasımov Fatimə İsmayılovanın oğlu Vüqarı həbsdən çıxarmağa söz verərək, qadından ümumilikdə 25 min manat almaqda ittiham olunurdu. Təqsirləndirilən zərərçəkəni inandıra bilib ki, işin öhdəsindən gələcək, çünki böyük əlaqələri var. Təsəvvür edin, Azər Qasımov Fatimə İsmayılovanı azyaşlıya qarşı seksual xarakterli hərəkətlərdə ittiham edilərək həbs olunmuş Vüqarı şərləyən qızın yalan danışmasının xüsusi cihazla sübutunun mümkünlüyünə də inandıra bilib. Qadın deyir ki, sahə müvəkkili nə desəydi, razılaşacaqdı, çünki oğlunu xilas etmək istəyirdi.

Fatimə İsmayılova pulu düzəltmək üçün “Kapitalbank”dan, “Turanbank”dan xeyli kredit götürüb, qohum-əqrəbanın qızıllarını lombardda girov qoyub. Aldadıldığını bir də Vüqar 12 il azadlıqdan məhrum ediləndə anlayıb.

Paylaş »
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »