Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hitlerin qonşusu olmuş yəhudi qadın onu necə xatırlayır...

Ötən əsrin 30-cu, 40-cı illərində Almaniyaya rəhbərlik etmiş Adolf Hitler tarixdə həm də yəhudilərə nifrəti ilə qalıb. Fürer bu xalqın milyonlarla üzvünün qətlinin səbəbkarı olub.

Bizimyol.info xəbər verir ki, Hitler hakimiyyətə gələnə qədər yəhudi ailənin qonşuluğunda yaşayıb. Onun qonşusu olmuş yəhudi qadın bu haqda danışıb.

Elis Frank-Stokun indi 101 yaşı var. O, siyasətçi ilə bir neçə il eyni binada yaşadığını bildirir.

Qadının dediyinə görə, Hitlerlə ötən əsrin 20-ci illərinin sonları, 30-cu illərinin əvvəllərində qonşu olublar. Frank-Stok 14-cü mənzildə yaşadıqlarını söyləyir. Hitler isə ya 13-cü, ya da 15-ci mənzildə qalırmış. Bir dəfə Adolfun evindən tabut çıxdığını görüb. Böyük ehtimalla, Frank-Stok Hitlerin bacısı qızı Angelika Raubalın intiharından sonrakı hadisəni nəzərdə tutur.

Elis Adolfu çox az hallarda görürmüş. Almaniyanın gələcək lideri evə xüsusi avtomobildə, iki nəfərin müşayiəti ilə gəlirmiş. Həmişə ehtiyatlı davranırmış, sanki həyatına təhlükə hiss edirmiş. Qadının fikrincə, Hitler öldürülməkdən qorxurmuş.

Hitler hakimiyyətə gəldiyi ərəfədə Frank-Stok da İsveçrəyə oxumağa gedib. Sonra təhsili Londondakı kolleclərdən birində davam etdirmək lazım gəlib. Elis bir daha fürerlə üz-üzə gəlməyib.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Nikol Paşinyanın ailəsi Moskvada mənzil axtarır
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »