Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Fırtınaya görə təxirə salınmış oyunun vaxtı açıqlandı, UEFA-nın tələbləri pozuldu
uefa

Kiara Fırtınasına görə təxirə salınmış İngiltərə Premyer Liqasının “Mançester Siti” – “Vest Hem” oyununun vaxtına aydınlıq gəlib.

Fevralın 9-da baş tutmalı olan oyun ayın 19-u keçiriləcək.

Çərşənbə günü keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:30-da baş tutacaq.

UEFA isə Çempionlar Liqası olan saatlarda Avropanın elita çempionatlarında matç keçirilməməli olduğunu açıqlayıb. Çünki UEFA-nın televiziya yayım hüquqlarına görə, həmin gün İngiltərə telekanalı “Tottenhem” – “Leypsiq” matçını göstərməlidir. Bununla belə, bildirilir ki, UEFA da Mançester klubunun düşdüyü durumu və təqvimdə oyun qrafikinin sıx olduğunu bildiyindən, bu matça görə qaydalara göz yuma bilər.

Qeyd edək ki, Kiara Fırtınası İrlandiya, Niderland və Böyük Britaniya ərazisində yayılmış fəal ekstratropik siklon, külək fırtınasıdır. Kiara isə fırtınaya verilmiş İrlandiya adıdır. (Oxu.az)

Paylaş »
››› İranda yüksək vəzifəli məmur da koronavirusa yoluxdu, ölkəni epidemiya bürüyür
››› Hakan Şükürdən 9 il sonra etiraflar: “Peşmanam...” - Video
››› Həbs edilən rayon başçısının eşşək ferması, otel və restoranları, min hektarlarla torpağı...
››› Azərbaycanda iş qurub işə düşən rus qadın: “Allahdan qorxmayanlarla üz-üzəyəm”
››› Məhkəmə Neftçalanın icra başçısı ilə bağlı qərar verdi
Son xəbərlər
Bütün xəbərlər »