Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft nəhənginin zavodu yanır - Video

Luizianadakı Exxon Mobil zavodunda yanğının baş verib.

Bizimyol.info ren.tv-yə istinadən xəbər verir ki, ABŞ-ın Luiziana ştatında dünyanın ən nəhəng neft şirkətlərindən olan “Exxon Mobil”ə məxsus neft emalı zavodu yanır.

İnternetdə Exxon Mobil emalı zavodunda baş verən güclü yanğının videogörüntüləri paylaşılıb. Görüntülərdə şəhərin üzərindəki səmanın parlaq narıncı rəngə çevrildiyi görsənir.

Hadisə olan əraziyə təcili yardım və polis əməkdaşları cəlb olunub. Ərazi qapadılıb.

Zərərçəkənlər haqqında məlumat dəqiqləşdirilir. Dövlət yanğın söndürmə qüvvələri alovun qarşını almağa çalışırlar.

Müəssisənin yaxınlığında yaşayanlara sığınacağa müvəqqəti köçmək tövsiyə olunur.

Son xəbərlər
Bütün xəbərlər »