Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Total saxtakarlıq içində seçki müşahidə etdik” - Hadı Rəcəblinin rəqibi

74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizəd Rəvan Bəşirov parlament seçkilərinin keçirildiyi 9 fevral gününü faciəvi son adlandırıb.

Bizimyol.info xəbər verir ki, R.Bəşirovun sözlərinə görə, seçki məntəqələrində müşahidə etdikləri qanun pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

“Bir neçə gündür başım ciddi şəkildə seçki gününə aid qanun pozuntularına, MSK-nın araşdırma üçün namizədlərdən istədiyi materiallara və aktlara qarışmışdı. Seçki gününü faciəvi qiymətləndirirəm. Biz 3 seçki məntəqəsi istisna olmaqla, tam bir total saxtakarlıq içində seçki müşahidə etdik. Tam açıq şəkildə deyirəm ki, bu proseslərin məntiqini anlamaqda əziyyət çəkirəm.

Hadı Rəcəbli

Təəssüf olsun ki, dairənin 39 məntəqəsindən 22 məntəqəsində müşahidə apardıq. 32-si video olmaqla cəmi 68 tutarlı akt, audiovizual material və protokolları digər 74-cü dairə namizədləri kimi biz də MSK-ya həvalə etdik. Madam ki, özləri araşdırmalara səy göstərirlər və bizi buna inandırıblar, biz də qanuni prosedurlara əməl etməyi özümüzə borc bildik. Ümid edirəm ki vətəndaşların seçki hüququnun pozulmamasında bir tək bizim maraqlı olmadığımızı MSK göstərəcək”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, 74 saylı Lənkəran kənd seçki dairəsindən Rəcəbli Hadı Musa oğlu qalib olub.

Paylaş »
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Vaksinasiya ilə əlaqəli qalmaqal: Peyvənddən imtina edənlərə həkimdən açıqlama
››› Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb, bölgələrə qar yağıb
Son xəbərlər
Bütün xəbərlər »