Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məzahir Pənahov Milli Şuranın siyahısını təsdiqlədi - Deputatlığa namizəd

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Xəyal Məmmədxanlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova müraciət edib.

Bu barədə Bizimyol.info-ya Xəyal Məmmədxanlı bildirib.

Xəyal Məmmədxanlı Xəyal Məmmədxanlı

Deputatlığa namizəd qanun pozuntusunun əks olunduğu 20 vərəq qoşmanı və 1 ədəd yaddaş kartını müraciətə əlavə edib. O, bütün faktları toplayıb MSK-ya müraciət etdikdən sonra məhkəməyə müraciət edəcəyini bildirib.

“Mən 80 nəfərlik müşahidəçi heyətimlə məntəqələrdə seçki prosesini izləyir və neqativ halların qarşısını almağa çalışdım. Gün ərzində dəfələlərlə ‘’karusel’’ əməliyyatının, qeydiyyatsız səsvermənin qarşısını alsaq da demək olar ki, seçki prosesi pis getmirdi. Lakin, saat 19:00-dan sonra bütün məntəqələrdə nəinki demokratiya və seçki, o cümlədən insanlıq adına yaraşmayan işlərə start verildi. Demək olar ki, 39 məntəqənin hamısında qutuların açılması və səslərin sayılması müxtəlif bəhanələrlə gecikdirildi. Hətta 10 saylı və 24 saylı məntəqələrdə qutuların açılması üçün gecə saat 12-də MSK-nın qaynar xəttinə müraciət etdim və yalnız saat 00:10-da qutuları açdırmağa nail oldum. Bütün müşahidəçi heyəti ilə birlikdə çox təkidlərdən sonra səsləri saydırdıq və müxtəlif vasitələrlə nəticələri qeydə aldıq.

Lakin 11 saylı cəzaçəkmə müəssisəsində yerləşən 40-cı məntəqə, eləcə də, 4, 16 və 30-cu məntəqələr istisna olmaqla, qalan heç bir məntəqə bizə yekun protokolları vermədi. Təbiidir ki, sizdən göstəriş gözləyirdilər ki, protokolları kimin xeyrinə saxtalaşdırsınlar. Bu gözlənti məntəqə sədrlərinin bütün əməllərində və sözlərində öz təsdiqini tapırdı. Saat 7-dən həbsxananın qarşısında gözləyən müşahidəçinin saat 09:23-də buraxıldığı və artıq qutunun yarıya qədər dolu olduğunu gördüyü 40-cı məntəqədə isə məhbuslar bir nəfər kimi ‘’sevimli deputatlarına’’ səs verdiklərinə görə, ordan protokolu dərhal əldə etdik. Ən çirkin iyrəncliklər isə yekun protokollar tərtib olunan zaman yaşandı. 3 məntəqə istisna olmaqla bütün məntəqə sədrləri gözümüzün içinə baxa-baxa digər namizədlərin səslərini saxlamaqla YAP-ın namizədi Kübra Əliyarlının və Azay Quliyevin səslərini həyasızcasına artırıb protokollara yazdılar. Siz isə bizim və seçicilərimizin haqqını tapdalamaqla yanaşı, saxta ‘’seçici fəallığı’’ yaratdınız. Bir-iki məntəqə istisna olmaqla, əksər məntəqələrimizdə 10-20 % arasında olan seçici fəallığını 50 % kimi göstərdiniz. Bunları sizə yazmaqda məqsədim sizdən cavab almaq deyil. Çünki, yazacağınız cavabı öncədən bilirəm: ‘’dediyiniz faktlar araşdırıldı və təsdiqini tapmadı’’. Bilirəm ki, verəcək cavabınız da yoxdur!

Ona görə yazıram ki, sabah seçicilərim mənə ‘’niyə susdun, haqqımızı tələb etmədin, səsimizi qorumadın?’’ suallarını verməsinlər. Ona görə yazıram ki, hər kəs bu ölkədə seçki mədəniyyətini də, demokratik seçki anlayışını da sizin necə məhv etdiyinizi bilsin. Təşviqat prosesində döydüyüm bütün qapıların arxasından eşitdiyim ‘’bu ölkədə seçki var? kimi istəsələr, təyin edəcəklər, qutudan o çıxacaq, saxtalaşdıracaqlar və s.’’ deyənlərin əslində haqlı olduğunu nəzərinizə çatdırım. Nəzərinizə çatdırım ki, atdığınız ‘’analoqu olmayan’’ addımlar nəticəsində növbəti seçkilərə mən və ətrafım da daxil olmaqla, heç kəs getməyəcək. Hə, bu sizin üçün problem də deyil, onsuz da istədiyiniz rəqəmi yazacaqsınız. Siz öz qanunsuz əməllərinizlə Milli Şura tərəfindən seçkidən öncə yayılmış siyahının doğruluğuna haqq qazandırdınız.

Ümidlərini qırdığınız 10 minlərlə təhsilli gəncin, etdikləriniz sayəsində ölkəni tərk edən milyonlarla düşünən beyinlərimizin adından sizə deyirəm ki, vaxt gələcək bu xalq sizə layiq olduğunuz cavabı verəcəkdir. Ümid edirəm ki, bir gün bu törətdiklərinizin məsuliyyətini dərk edəcək, çıxıb xalqın önündə üzr istəyəcəksiniz!

Məktubun əlavəsində seçki qutuları açıldıqdan sonra müxtəlif məntəqələrdə sayılan səslərin nəticəsini göstərən foto və videoları, o cümlədən pozuntulara görə tərtib edilən aktları göndərirəm, xatirə kimi saxlayasınız deyə…”

Ramid İbrahimov

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »