Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beşqat dünya çempionu ilə bağlı hökm dəyişdi

Ali Məhkəmədə kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun barəsindəki hökmdən kassasiya şikayətinə baxılıb.

Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Məcidovun cəzası 6 il 6 aydan 3 ilə endirilib.

Qeyd edək ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-cu il təvəllüdlü Ehram Məcidov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokurorun protestinə əsasən, Bakı Apellyasiya Məhkəməsi onun cəzasını dəyişərək 6 il 6 ay azadlıqdan məhrumetmə təyin etmişdi.

"Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, kikboksinq üzrə beşqat dünya çempionu E.Məcidov qayınatası, 1953-cü il təvəllüdlü Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirli bilinib.(report)

Son xəbərlər
Bütün xəbərlər »