Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml Ankaraya cavab verdi - Türkiyə sazişi pozur

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İdlibdəki vəziyyətlə bağlı bəyanatına cavab verib.

Bizimyol.info Qazeta.ru-ya istinadən xəbər verir ki, Peskov Ərdoğana cavab olaraq Suriya ordusunun dinc sakinləri deyil, terrorçuları hədəf aldığını bildirib.

Dmitri Peskov Dmitri Peskov

“Hazırda terrorçu qruplar özlərini çox aqressiv aparırlar. Onlar həm Suriya, həm də Rusiya hərbi güclərinə qarşı çıxırlar. Türkiyəyə gəlincə. Türkiyə özü Soçi sazişini pozur, Moskva bu sazişin müddəalarına əməl edir və qarşı tərəfdən də eyni addımı gözləyir. Bu sazişə əsasən, Türkiyə tərəfi İdlibdə silahlıların neytrallaşdırılmasına dair öhdəliyinə əməl etməldir. Türkiyənin addımı yolverilməzdir və Soçi müqaviləsinə ziddir”,- deyə peskov qeyd edib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə rusiyalı hərbçiləri İdlibdə dinc sakinlərə hücum etməkdə ittiham edib.

O, Rusiyaya Bəşər Əsəd rejimi ilə savaşa daxil olduqlarını və geri çəkilməyəcəklərini bəyan edib: "Önümüzü kəsmək kimi bir durum müzakirə mövzusu belə olmasın. Generallarımız tez-tez əlaqə saxlayırlar. Bu görüşlərə istinadən əməliyyatlarımızı davam etdiririk”.

İlhamə Rəsulova

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› “Ey, oğlan, atandan soruş ki, Afrikaya şir ovuna getmək əvəzinə niyə orduya bir-iki PUA almırdı?...”
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Baydenin andiçməsindən maraqlı anlar: Klintonun yatması, Senatorun əlcəkləri - Video
Son xəbərlər
Bütün xəbərlər »