Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yasamal sakinləri evlərinin sökülməsinə etiraz ediblər

Bu gün Bakının “Sovetski” məhəlləsinin sakinləri məhkəmə qərarı olmadan və kompensasiya verilmədən evlərinin sökülməsinə etiraz ediblər.

Bizimyol.info xəbər verir ki, sakinlər bazar qiymətlərinə uyğun onlara kompensasiyanın verilməsini tələb ediblər.

Daşınmaz əmlak sahiblərinin sözlərinə görə, bəzi evlərlə bağlı iş məhkəmədədir.

“Bir evlə bağlı məhkəmənin qərarı var. Qərar əsasən ev sökülməlidir. Həmin evin sahibi Elşən Əliyev məhkəmənin qərarına əməl edir. Amma məmurlar istəyirlər ki, qonşuluqda olan evləri də söksünlər”,-deyə vəkil Cavad Cavadov bildirib.

Vəkilin sözlərinə görə, “Sovetski” ərazisində qanunsuz söküntü olsa, digər mülkiyyətçiləri evlərindən zorla çıxardılacaq: “Hüquqi cəhətdən nə lazımdırsa edirəm və tam haqlıyam. Yasamal rayon İcra və Probasiya şöbəsi ilə danışdım. Məhkəmə qərarının izah edilməsi üçün müraciət etmişik və bildirdilər ki, icra hərəkətləri həmin izah məsələsi həll edilənədək təxirə salınır. Evdən çıxarılma və sökülmə olmayacaq”.

Sakinlərdən biri isə bildirib ki, əgər evlərini məhkəmə qərarı olmadan və kompensasiya verilmədən sökülsə, evi yandıracaq və intihar edəcək.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »