Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Veysəl Qərani” ziyarətgahının ərazisində narkotik becərirlər - Biabırçılıq

Zərdab rayonun Seyidlər kəndi ərazisində insanların böyük hörmət göstərdiyi Veysəl Qərani ocağında narkotik bitkilər becərilir.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalist, 92 saylı Zərdab-Ucar dairəsindən namizədliyini vermiş Jalə Mütəllimova məlumat verib.

Jalə Mütəllimova Jalə Mütəllimova

“Rayonun böyük ziyarətgahlarından,Veysəl-Əl-Qərani, el arasında Veysəlqara, Veyis Baba kimi tanınan ziyarətgahında narkotik maddə becərilməsinə dair məsələ qaldırılıb. Mən özüm həmin ərazidə polis işçilərini görəndə gözümə inanmadım. Əvvəl düşündüm ki, yəqin ibadət üçün gəliblər. Sonra məlum oldu ki, qəbiristanlığın ərazisindən torpaqdan analiz götürəcəklər, torpaq almaq üçün gəliblər”,- deyə o Bizimyol.info-ya bildirib.

Qeyd edək ki, ətraf kəndlrin camaatının axın-axın gəldiyi və Veyis Baba ziyarətgahı deyilən ocaq Seyidlər kəndinin məzarlığındadır. Burda Veysəl Qəranidən əlavə, Şıx Məhəmməd baba, Şeyx Nurməhəmməd baba deyilən və insanlar tərəfindən böyük sevgi ilə anılar insanlar da dəfn edilib. Ərazi xalq üçün müqəddəs məkan hesab olunur.

İlhamə Rəsulova

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »