Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Federal Xidmətin sabiq rəhbəri məhkəmədə özünü öldürdü

Moskvanın Çertanovski Rayon Məhkəməsində Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin sabiq rəhbəri Viktor Sviridov iclas zalında intihar edib. O, silahla özünə atəş açıb.

Bu barədə RBK məlumat yayıb.

V.Sviridova məhkəmədə qəsbetmə iddiası ilə hökm oxunacaqdı.

O, RF Cəzaların İcrası Federal Xidmətinin sabiq rəis müavini Aleksandr Sapojnikovdan 10 milyon rubl pul tələb etməkdə ittiham olunurdu. Hakim Natalya Şabaşevanın müttəhimin məhkəmə zalında həbs olunması barədə qərarını elan etməsindən sonra V.Sviridov intihar edib.

V.Sviridov hadisə yerinə təcili tibbi yardım maşını gələnə qədər ölüb.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »