Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda keçiriləcək ümumxalq mitinqlərinin vaxtı açıqlandı

Aprelin əvvəlində Gürcüstan müxalifəti paytaxt Tiflis də daxil olmaqla, respublikanın bütün bölgələrini əhatə edən ümumxalq mitinqlərinə başlayacaq.

Bu barədə Yeni Gürcüstan partiyasının lideri Georgi Vaşadze açıqlama verib.

O, razılaşmanın müxalifət nümayəndələri ilə Fəhlət Partiyasının ofisində keçirilən görüşdə əldə edildiyini bildirib.

“Aprelin 4-də Tiflisdən kütləvi aksiyalara başlayacağıq. Bundan əvvəl bir çox bölgələrə səfərlərimiz olacaq. Aprelin 4-də müxalifətin seçkilər məsələsində necə əməkdaşlıq edəcəyini açıqlayacağıq”, - deyə Vaşadze qeyd edib.

Gürcüstan mediasının məlumatına görə, mitinq gününə qədər müxalifət liderləri əhali ilə görüşmək üçün piket, bölgələrə səfərlər və beynəlxalq təşkilatlarla görüşlər planlaşdırmaq və keçirmək barədə razılığa gəlib.(teleqraf.com)

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »