Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabir Rüstəmxanlı ona qarşı təxribatların olduğunu iddia edib

61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, xalq şairi Sabir Rüstəmxanlı seçki kompaniyasından və və seçki günü ilə bağlı açıqlama verib.

Bizimyol.info xəbər verir ki, S.Rüstəmxanlının sözlərinə görə, Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 25 gün Neftçaladan ayrılmayıb.

“Əleyhimə təbliğat aparanlar da az deyildi. Bu məqsədlə xüsusi debatlar təşkil olunaraq iyrənc gəlmə-yerli söhbəti ortaya atılmışdı; qərargahımın qarşısında təcili yardım maşını saxlatdırıb evlərə zəng vuraraq mənim infarkt olub Bakıya qayıtmağım və seçkilərdə iştirak etməyəcəyim barədə şaiyələr yaymışdılar. Bütün bunlara baxmayaraq, rəqiblərimdən heç biri şəhər mərkəzində və kəndlərdə mənim qədər gur və səmimi görüşlər keçirə bilmədilər. Komandamızın qüsursuz və qanunlara sayqıyla apardığı iş və xalqın sevgisi öz nəticəsini verdi. İnanıram ki, mənimlə yanaşı mübarizə aparmış 13 nəfər namizəd də bundan sonra mənə rəqib kimi yox, oxucu, həmkar, dost kimi baxacaqlar”,-deyə S.Rüstəmxanlı bildirib.

Qeyd edək ki, qeydə alınmış deputatlığa namizədlər seçki günündə qanun pozuntularna yol verildiyini və bununla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət ediləcəyini bildiriblər. MSK isə bütün şikayətlərin araşdırılacağını bildirib.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
Son xəbərlər
Bütün xəbərlər »