Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BDU-nun mətbuat katibi işdən ayrıldı

Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova vəzifədən gedib.

Bizim yol.info xəbər verir ki, bu barədə Pərvanə İbrahimovanın sosial şəbəkə hesabında xəbər paylaşıb. Mətbuat katibi açıq şəkildə yazmasa da , çəkdiyi əziyyətlərə baxmayaraq işdən uzaqlaşdırıldığına eyham vurub.

“Bir gün olsun belə işdən yayınmadım, verilən tapşırıqlara vicdan və şərəflə yanaşdım, hətta 20 ilin məzuniyyətlər dönəmində də işlərin çoxluğu səbəbindən əsasən iş başında oldum. Amma nə baş verdi? Baş verən o oldu ki, 20 ilin tamamında gedəsi oldum!”- deyə o qeyd edib.

Bakı Dövlət Universiteti Bakı Dövlət Universiteti

Bununla belə o BDU-dakı fəaliyyətinin ona çox şey qazandırdığını da qeyd edib.

“20 illik Mətbuat-informasiya şöbəsi, təbii ki, mənə çox şey qazandırdı. BDU kimi möhtəşəm bir universitetin gözəl professor-müəllim heyətini, tələbələrini, şöbəmin su kimi saf kollektivini, dəyərli media rəhbərlərini, əziz jurnalist həmkarlarımı! Bu illər ərzində vəzifənin verdiyi şərəfdən daha çox onun məsuliyyətini dərk etdim. Məni tanıyanlar, fəaliyyətimizlə yaxından-uzaqdan tanış olanlar bilirlər ki, bu şöbə üçün iş saatının bitməsi yox, işin bitməsi önəmli oldu! Bir gün olsun belə işdən yayınmadım, verilən tapşırıqlara vicdan və şərəflə yanaşdım, hətta 20 ilin məzuniyyətlər dönəmində də işlərin çoxluğu səbəbindən əsasən iş başında oldum. Amma nə baş verdi? Baş verən o oldu ki, 20 ilin tamamında gedəsi oldum!”.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya Qarabağda 120 ton qızılı necə əldən verdi... - Rusiya mətbuatı
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Azərbaycanda vulkan püskürüb
››› Nikol Paşinyanın ailəsi Moskvada mənzil axtarır
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »