Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Prezidenti: “Suriya ordusunu hər yerdə vuracağıq”

“Fevral ayının sonuna kimi Suriya ordusunu müşahidə məntəqələrindən uzaqlaşdırmaqda qətiyyətliyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, tərəddüd edilmədən havada və quruda lazım olan müvafiq addımlar atılacaq.

“Verilən vədlərə əməl edilməsini gözlədik. Ancaq bizə verilən vədlərə əməl olunmadığı kimi, razılaşmalara da heç kim riayət etmir. Hücumlar birbaşa əsgərlərimizi hədəf almağa başlayıb. Əgər məsələ belədirsə, biz də sözə yox, meydandakı həqiqətlərə baxıb hərəkət edəcəyik. İdlibdə mülki insanların yaşadıqları yerləri vuran hərbi təyyarələr əvvəlki kimi rahat şəkildə hərəkət edə bilməyəcəklər. Artıq heç kimin təxribatlarına göz yummayacağıq. Müşahidə məntəqələrindəki əsgərlərimizə ən xırda zərər veriləcəyi təqdirdə, bu gündən etibarən İdliblə bağlı imzalanan Soçi razılaşmasına baxmayaraq, Suriya ordusunu hər yerdə vuracağımızı elan edirəm”, - deyə Türkiyə Prezidenti qeyd edib.(apa)

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »