Ağcabədi rayonunda ailə münaqişəsi qətllə nəticələnib.
Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 11-də saat 7 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərovun evində münaqişə zəminində oğlu Turalı qətlə yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb.
Faktla bağlı Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.