Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda mərkəzi rayon yaradılacaq

Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə yaxın zamanlarda Bakıda mərkəzi rayonun yaradılması gözlənilir.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün Bakı Konqres Mərkəzində keçirilən "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda çıxışı zamanı məlumat verib.

Eldar Əzizov Eldar Əzizov

E.Əzizovun sözlərinə görə, nəzərdə tutulan mərkəzi rayon yaradılsa, tarixi binalara xüsusi xidmət göstəriləcək:

"Sözügedən binaların fasadlarını qoruyub saxlamaq, küçələri vahid standartlara gətirib çıxarmaq kifayət qədər çətindir. Bu məsələ ilə bağlı yaxın zamanlarda qərar veriləcək".

İcra başçısı onu da əlavə edib ki, hazırda paralel olaraq Bakının mərkəzində abadlıq işləri aparılır:

"Paytaxtda yalnız yeni binaların deyil, eləcə də 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində neft sənayesinin inkişafı nəticəsində yerli sahibkarlar tərəfindən inşa edilən bir sıra tarixi binaların da bərpası istiqamətində işlər görülür. Aparılan bütün işlər göz qabağındadır. Bu cür problemlər yaxın zamanda mərkəzi rayonun yaradılması ilə aradan qaldırılacaq". (oxu.az)

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »