Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gallup” 2019-cu ilin ən məşhur siyasətçilərinin adlarını açıqlayıb

ABŞ və Rusiya prezidentləri Donald Tramp (89 bənd) ilə Vladimir Putin (84) 2019-cu ildə dünyanın ən məşhur siyasətçiləri statusunu qoruyublar.

RBK xəbər verir ki, bu barədə “Gallup International" sorğusunun hesabatında deyilir.

Ən məşhur siyasətçilərinin ilk “5-liy”ində həmçinin Almaniyanın kansleri Angela Merkel (77), Roma papası Fransisk (76) və Fransa Prezidenti Emmanuel Makron (73) da var.

Ən az tanınan siyasətçilər isə Hindistanın baş naziri Narendra Modi (54), Braziliya Prezidenti Jair Bolsonaru (56) və İran Prezidenti Həsən Ruhani (60) olub.

Hesabatda o da qeyd olunur ki, rəyi soruşulanlar daha çox Roma papası Fransiskə (53%) simpatiya bəsləyir. Bu baxımdan sonrakı yerlərdə Almaniya kansleri Angela Merkel (46%), Fransa lideri Emmanuel Makron (40%), Hindistanın baş naziri Narendra Modi (26%), Böyük Britaniyanın baş naziri Boris Conson (30%), Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan (30%) qərarlaşıb.

D.Trampa qarşı kəskin mənfi münasibət daha çox Qərbi Avropa ölkələrində (63%) və Yaxın Şərqdə (73%) qeydə alınıb. Hindistanda (45%) və Afrika ölkələrində (10%) ona münasibət yüksəkdir.(report)

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› Xırdalanda evdə partlayış olub, iki nəfər dağıntılar altından çıxarılıb - Video
Son xəbərlər
Bütün xəbərlər »