Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmamoğluna ittiham: "İclasda məni söydü"

Hakim Ədalət Partiyasının (AKP) İstanbul şəhər bələdiyyəsinin üzvü Mehmet Akif Aşıkkutlu bələdiyyə sədri Əkrəm İmamoğlunu məhkəməyə verəcək.

Bu barədə AKP üzvünün özü məlumat verib. O, İmamoğlunun İstanbul bələdiyyəsinin iclasında onu söydüyünü iddia edib.

Bələdiyyə sədrini məhkəməyə verməyə hazırlaşan Aşıkkutlu ondan təzminat tələb edəcəyini bildirib:

“Məhkəməyə müraciət edəcəyəm, onun tərəfindən həqarətə məruz qalmışam. Mən eşitmədim, amma yanındakı divan katibi eşidib. Sonra özü də bunu təsdiq etdi.

İclasdan sonra gəldi, mənimlə beş dəqiqəlik söhbət etmək istədiyini bildirdi. Razılaşdım, kabinetinə getdik. Üzgün olduğunu dedi, məndən üzr istədi. Mən də dedim ki, hamının, kameraların qarşısında söyüb xəlvətdə istənilən üzrü qəbul etməyəcəm, bunu hamının qarşısında etmək lazımdır. Amma o, təkidlə üzgün olduğunu deyirdi, daxilində isə üzgün olub-olmadığını Allah bilirdi”.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
››› Faktiki hava açıqlandı
››› Həkim pandemiyanın bitəcəyi tarixi açıqladı
Son xəbərlər
Bütün xəbərlər »