Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seçkidə "karusel"ə cəlb olunan müəllimlər cəzalandırılacaq

Təhsil Nazirliyi sosial şəbəkədə yayılmış görüntülərə münasibət bildirib.

Sosial şəbəkələrdə 9 fevral 2020-ci il tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri zamanı baş vermiş bir sıra neqativ halları əks etdirən video və foto görüntülər paylaşılır. Görüntülərdə sözügedən qanunsuzluqların baş verməsində bəzi dövlət müəssisələrinin işçilərinin, o cümlədən müəllimlərin də iştirak etdiyi əks olunur.

Kadrlara düşən şəxslərin "karusel”ə cəlb edildikləri bildirilir. Müəllim olduqları deyilən və özlərini hansısa partiyaların müşahidəçisi kimi təqdim edən bu insanların, əslində təmsil olunduqları partiyalar barəsində məlumatsız olduqları da üzə çıxıb.

Sosial şəbəkədə yayılmış belə görüntülərlə bağlı Təhsil Nazirliyindən AYNA-nın sorğusuna cavab verilib. Bildirilib ki, hazırda ümumi proseslərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırma aparılır.

"Bildiyimiz kimi, qeyd olunan məsələlərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırma aparılır. Araşdırmanın yekun nəticələrinə əsasən, baş vermiş qeyri-qanuni hallarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq ölçü götürüləcək”, - deyə Nazirlikdən qeyd olunub.

Ələsgər Əhmədoğlu Ələsgər Əhmədoğlu

Hüquqşünas Ələsgər Əhmədoğlu isə AYNA-ya açıqlamasında deyib ki, seçki nəticələrini bilərəkdən və ya bilməyərəkdən saxtalaşdırmağa göz yumanlar və bilavasitə iştirak edənlər cinayət məsuliyyəti daşıyır: "Cinayət Məcəlləsinin 159-cu maddəsinə görə, belə şəxsləri 2 ilədək azaqlıqdan məhrumetmə cəzası gözləyir”.

"Əgər müəllimlərdən kimsə 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində bu prosesdə olubsa və ya onların gözü qaşısında saxtakarlıq baş veribsə, onlar üçün bu cinayət maddəsinin tətbiqi mümkündür. Əgər cinayət işi açılsa, həmin müəllimlər bu maddələr üzrə mühakimə olunacaqlar”, - deyə hüquqşünas qeyd edib.

Paylaş »
››› "Bakı Xəzər sahillərini itirəcək" - Almaniya mətbuatı
››› "Bizə şərt irəli sürürlər ki, azərbaycanlıların hərəkətinə o vaxt icazə verərik ki..."
››› “Navalnı Putini devirə bilər” - Rusiyada siyasi durum gərginləşib
››› "Avropa Türkiyədən aşkar geri qalır" - Azərbaycanın qələbəsinə dünyadan reaksiyalar
››› Nikol Paşinyan: "20 Yanvarda Bakıda qətlə yetirilənlərin ruhları qarşısında baş əyirəm"
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› Baydenin andiçməsindən maraqlı anlar: Klintonun yatması, Senatorun əlcəkləri - Video
Son xəbərlər
Bütün xəbərlər »