Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Afrikanın ən varlı qadınına qarşı 1.36 milyard ABŞ dolları ittihamı

Anqolanın keçmiş prezidenti Joze Eduardu duş Santuşun qızı İzabel duş Santuşun bütün bank hesablarının dondurulması barədə Portuqaliya məhkəməsi qərar qəbul edib.

“TASS” xəbər verir ki, bu barədə Portuqaliyanın “Radio e Televisao de Portugal” dövlət mediaqrupu məlumat yayıb.

Bank hesablarının dondurulması əmri ölkənin prokurorluğu tərəfindən Portuqaliya və Anqola hakimiyyət orqanlarının əməkdaşlığının nəticələrinə əsasən verilib.

Milyarder qadın külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilir. Onun Portuqaliyanın “EuroBic” və “Millenium BCP” banklarındakı hesablarının dondurulmasına dair əmr ötən həftə verilib.

Anqola Baş Prokurorluğundan verilən məlumata görə, İzabel duş Santuş tərəfindən aparılan əməliyyatlar nəticəsində dövlət 1.36 milyard ABŞ dolları itirib. O, 2017-ci ilin sonunda ölkəni tərk edib, hazırda Baş Prokurorluq onun vətənə dönməsini tələb edir.

Qeyd edək ki, Eduardo Dos Santos ötən əsrin 70-ci illərind Bakıda, indiki Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb və burada evlənib. Həmin evlilikdən Bakıda onun hazırda 44 yaşında olan qızı İzabel dünyaya gəlib. Sonradan Eduardo dos Santos ölkəsinə qayıdıb və prezident olub, on illər boyu Anqolanı idarə edib. Sonradan onun qızı bizneslə məşğul olmağa başlayıb və sürətlə varlanaraq Afrikanın ən zəngin qadınına çevrilib. Sərvəti 3.5 milyard dollara yaxındır.

Penza şəhərindən olan anası Tatyana Kukanova, Anqola lideri Jose Eduardo dos Santosun ilk həyat yoldaşı olub və hazırda Londonda yaşayır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »