Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb

“İranın Gilan əyalətin Rəşt və Rudbar şəhərlərində baş vermiş qar uçqunu nəticəsində 7 nəfər ölüb”.

Bunu İranın Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Müctəba Xalidi deyib.

Onun sözlərinə görə, ölənlərdən 5 nəfəri Rudbar, 2 nəfəri isə Rəşt şəhərində qar uçqunu altında qalaraq həyatını itirib.

Güclü qar və boran nəticəsində Gilan əyalətində yollar bağlanıb. Çox sayda insan yollarda qalıb. İran yol polisi əhaliyə müraciət edərək Gilan əyalətinə səfər etməməyə çağırıb. Yolda qalan sərnişinlər isti sığınacaq və yeməklə təmin olunub. Həmin ərazilərə yardım məqsədilə digər əyalətlərdən xilasedicilər cəlb olunub.

Qeyd edək ki, Qəzvin - Rəşt maqistral yolu bağlanıb. Güclü qar bəzi bölgələrdə işıqların sönməsinə səbəb olub. 78 nəfər yolların buz bağlaması nəticəsində yıxılaraq müxtəlif dərəcəli xəsarət alıb.

Xatırladaq ki, Gilan əyaləti Azərbaycanla sərhəddə yerləşir. Azərbaycanın Astara şəhəri Gilan əyalətinin Astara şəhəri ilə həmsərhəddir. Azərbaycandan Astara sərhəd keçid məntəqəsilə İrana səfər edənlər çox vaxt Rəşt - Qəzvin maqistral yolundan istifadə edirlər.(apa)

Paylaş »
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »