Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində koronavirusdan ölənlərin sayı 1113 nəfər, yoluxanların sayı isə 44,6 mini ötüb

Çində koronavirusa (COVID-19 – rəsmi adı) yoluxanların sayı 44,6 min nəfəri ötüb.

TASS xəbər verir ki, yeni virusdan ölənlərin sayı 1113 nəfərə çatıb.

Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsinin məlumatına görə, yoluxanlardan 4740 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Ölkədə koronavirusdan rəsmi ölüm nisbəti 2,49% təşkil edir.

Pekində COVID-19-a 342 nəfər yoluxub. Onlardan 48-i sağalsa da, 3 nəfəri dünyasını dəyişib.

Rusiya ilə həmsərhəd olan Heilonjianq əyalətində ağır vəziyyət müşahidə olunur. Bu bölgədə virusdan ölənlərin sayı artıq səkkiz nəfərdir, yoluxanların sayı isə 378-ə çatıb. Onlardan 28-i sağalaraq sərbəst buraxılıb.

Rəsmi məlumatlara görə, yoluxmuş insanlarla yaxın təmasda olan 185 mindən çox sakin ölkədə həkimlərin nəzarəti altındadır. Çində, həmçinin karantində olan 16 mindən çox şübhəli insanın olduğu bildirilir.(apa)

Paylaş »
››› Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı - Foto
››› "Öz təhlükəsizlik xidməti Putinə qarşı işləməyə başlayıb" - Rusiyada gərginlik
››› “Azərbaycanda Paşinyanı elə tərifləyirlər ki, elə bil, orada hörmətli insandır” - Qabrelyanov
››› “ABŞ-ın Fransa ilə eyni mövqeyə gəlməsi, bizim üçün arzuolunmaz nəticələr verə bilər”
››› Bir qrup tanınmış şəxs Eldar Həsənova zamin durdu
››› Yunan deputat: “Türklərə döyüşmədən uduzacağıq”
››› Azərbaycanda daha bir vəkil vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »