Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN MSK qarşısında icazəsiz aksiya keçirilməsi cəhdinə münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında bir qrup şəxsin icazəsiz aksiya keçirməyə cəhd etməsinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq bildirib ki, hadisə zamanı yalnız bir nəfər saxlanılıb:

Ehsan Zahidov Ehsan Zahidov

“Bu gün axşam saat 18:00 radələrindən başlayaraq bir qrup şəxs Mərkəzi Seçki Komissiyasının qarşısında icra orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Saat 20:00 radələrinə qədər MSK-nın nümayəndələri həmin şəxslərlə söhbət aparıblar. Lakin icazəsiz aksiyanın nümayəndələri MSK-nın izahedici söhbətlərini dinləməyiblər, öz qanunsuz hərəkətlərini davam etdiriblər. Belə olduğu təqdirdə MSK nümayəndələri ərazi üzrə polis orqanına müraciət ediblər.

Polis əməkdaşları hadisə yerinə gəlib, qanunsuz aksiyanın dayandırmalarını tələb ediblər. Polis əməkdaşları onlara dəfələrlə xəbərdarlıq ediblər, lakin həmin şəxslər öz ictimai asayişin pozulmasına yönəli hərəkətlər etməyə cəhd ediblər.

Daha sonra polis əməkdaşkarı tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. Polisin qanunsuz tələbinə əməl etməyən bir nəfər saxlanılıb. Araşdırmalardan sonra da həmin şəxsin barəsində müvafiq tədbirlər görüləcək”.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Son xəbərlər
Bütün xəbərlər »