Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada çətənə və xaşxaş əkməyə icazə verildi

Rusiyanın yeni baş naziri Mixail Mişustin maraqlı fərmana imza atıb. Fərmana görə, bundan sonra ölkədə çətənə və yuxu xaşxaşı əkmək qadağan edilmir.

Bizimyol.info xəbər verir ki, yenilik narkotik tərkibli bitkilərdən tibbdə, sənayedə və baytarlıqda istifadə etməyə şərait yaradır. Sənəddə çətənə və xaşxaşın həcminə aid tələblər də əksini tapıb. Yəni bu bitkilərin əkilməsinə faydalı ola biləcək dərəcədə icazə verilir.

Çox vacib nüanslardan biri də odur ki, çətənə və yuxu xaşxaşının əkilməsiylə yalnız hüquqi şəxslər məşğul ola bilər. Bu mənada narkotik asılılığı olan adamlar çox ümidlənməməlidir.

Qanun layihəsi hələ keçən il iyunun 19-da hazırlanmışdı. Çətənə və xaşxaş əkilməsi üçün xüsusi lisenziya alınmalıdır. Bundan əvvəl yalnız elm, təhsil sektorlarında narkotik tərkibli bitkilərin becərilməsinə icazə verilirdi.

Paylaş »
››› "Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
››› Bizi yoluxdururlar, yoxsa xilas edirlər?- Vaksinin qəribə xüsusiyyətləri barədə
››› Baydenin Hacınəzəryana yüksək vəzifə verməsi Azərbaycana qarşı nə vəd edir...
››› Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
››› "Ərdoğan Afrikanı seriallarla ələ keçirir" - Britaniya mətbuatı
››› ABŞ Krıma müdaxilə planı hazırlayır: Rusiya narahatdır
››› Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »