Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusla bağlı dəhşətli proqnoz

Koronavirus can almaqda davam edir. Həyatını itirənlərin sayı 1018 nəfərə çatıb. Proqnozlar dünyanı irəlidə böyük faciənin gözlədiyini deyir.

Bizimyol.info xəbər verir ki, Honkonqun tanınmış epidemioloqu Qabriel Lyun planetin əhalisinin üçdə ikisinin koronavirusa tutulmaq ehtimalından danışıb. Onun sözlərinə görə, qarşısı alınmasa Yer kürəsini belə faciə gözləyir. Lyun koronavirusun episentri sayılan Vuhanın qapalı həyata məcbur edilməsini düzgün saymır. Epidemioloqun fikrincə, virus istənilən halda yayılacaq. Şəhəri bağlamaqdansa, doğru tədbirlər planı həyata keçirilməlidir: “Nə vaxta qədər məktəblər bağlı qalacaq? Nə vaxta qədər şəhər qapalı həyata məcbur ediləcək? Nə vaxta qədər insanlar ticarət mərkəzlərindən uzaq saxlanılacaq?”

Koronavirusa yoluxanların sayının təxminən 42,6 min nəfər olduğu bildirilir. Virus dünyanın 25 ölkəsində aşkarlanıb. Son məlumatlara görə, koronavirus Afrikaya da ayaq açıb.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› “Ərdoğan Parisdən 3 saatlıq məsafədə Osmanlı İmperiyası qurur”
››› Avropada erməni olmaq: Erməni kimliyi və diasporasının ikinci sığınacaq “vətəni”: “Fransa erməniləri”, yoxsa “erməni əsilli fransızlar”
››› Rusiya sülhməramlıları səlahiyyətini aşdı: “Qarabağda təlimlər keçən sülhmərəmlılar döyüşə hazırlaşır” - Politoloq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Naxçıvan yolu Turan birliyinə aparan yol olacaq
Son xəbərlər
Bütün xəbərlər »