Məşhur brendlər bir-birinin ardınca Çin bazarını tərk edir. “Adidas”dan sonra “Burger King” də belə qərar verib.
Bizimyol.info xəbər verir ki, məşhur restoranlar şəbəkəsi Çin ilə vidalaşır. Şəbəkənin Asiya dövlətindəki restoranlarından yarısı bağlanır.
“Burger King”in direktorlar şurasının rəhbəri Xose Sil qərarın koronavirusla bağlı olduğunuz gizlətmir. Amma onun sözlərinə görə, əsas təşəbbüs Çin icra strukturlarından gəlir. Bu ölkədə koronavirusla bağlı böyük panika yaşanır. Yerli icra orqanları virusun yayılmasına xidmət etmək ehtimalı olan hər şeydən çəkinirlər.
“Adidas”dan əvvəl məhz qida sektorunda imtina qərarları verilmişdi. İlk addımlardan birini “Starbucks” atmışdı. Bundan sonra “McDonalds” Çində restoranlarının təxminən yarısını bağlamışdı.
“Burger King”in Asiya dövlətində 1300 restoranı var. Tezliklə şirkətin bütün nöqtələrinin fəaliyyətini dayandıracağı gözlənilir.