Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Xəyanətə görə arvadını baltalayıb intihara cəhd etdi
2018-09-13_213950

Rusiyanın Çelyabinsk vilayətinin Miass şəhərində ər arvadını baltalayıb.

News-r.ru-nun xəbərinə görə, 29 yaşlı qaynaqçı arvadına balta ilə zərbə endirərək onu xəstəxanalıq edib.

Arvadının ona xəyanət etməsindən şübhələnən həmin şəxs narkotik maddə qəbul edərək arvadını balta ilə vurub.

Daha sonra onun huşsuz vəziyyətdə yerə yıxılmasını görərərək qorxub və qaçaraq qohumlarının evinə gedib. Qadın hadisə yerinə çağırılan tibbi yardım maşını ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Bundan sonra kişi intihara cəhd edib.

Onun barəsində “adam öldürməyə cəhd”lə bağlı cinayət işi başlanıb və həmin şəxs tutularaq psixonevroloji dispanserə göndərilib. (Oxu.az)

Paylaş »
››› Azərbaycanda müğənni barəsində cinayət işi açıldı
››› “Şadlıq evlərində toy eləmək daha mümkün deyil” - Deputat
››› Narazılıqla qarşılanan qərar bu gündən qüvvəyə minir
››› DYP-də şortik qalmaqalı: Polis "olmaz", vəkil "olar" deyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »