Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran vurulan təyyarəyə görə pul ödəməkdən boyun qaçırır

Yanvarın 8-də Tehrandan havaya qalxan “Boeing”in vurulmasına görə məsuliyyəti üzərinə götürən İran kompensasiya ödəmək istəmir. Qonşu ölkə Kanadanın 1,1 milyard dollarlıq tələbini geri çevirib.

Bizimyol.info xəbər verir ki, İranın xarici işlər naziri Cavad Zərif bu qədər pul vermək fikrində olmadıqlarını söyləyib. O, beynəlxalq qaydalar əsasında uyğun tədbirləri görəcəklərini bildirib.

Sıradan çıxarılan təyyarədə 176 nəfər həyatını itirmişdi. İran keçən ay həlak olan hər sərnişinin ailəsinə 80 min dollar verməyə hazır olduğunu bəyan etmişdi. Amma 57 vətəndaşını itirən Kanada məbləğlə razı deyil. Şimali Amerika dövləti 1,5 milyard Kanada dolları (təxminən 1,1 milyard ABŞ dolları) tələb edir.

Qəzada 11 itki verən Ukraynanın prezidenti Vladimir Zelenski də kompensasiyadan narazı qalmışdı. O, beynəlxalq məhkəmə yolu ilə daha çox pul almaq istədiklərini gizlətməmişdi.

Paylaş »
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› Şəhid məzarlarına münasibət Ermənistanı sevindirdi
››› Qaradağda basdırılan şəhidin xanımı: Biz təxribatçı deyilik, şəhidlərimizin su içində yatmasına razılaşmayacağıq
››› Azərbaycanın ərazisində erməni generalına heykəl qoyulub
››› “Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” - Petrosyan
››› Yanacağın qiyməti artandan sonra qida və dərman məhsulları sürətlə bahalaşır
››› Ermənilər Qarabağda təxribatlara davam edirlər
Son xəbərlər
Bütün xəbərlər »