Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölmüş şəxsin adı seçkidə iştirak edənlərin siyahısında - Video

9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində bir neçə ölmüş şəxsin yerinə səs verilməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılır.

Bizimyol.info xəbər verir ki belə bir hala 107 saylı Qazax seçki dairəsində rast gəlinib.

Belə ki sözügedən dairədə ölən

şəxsin adı seçkidə iştirak siyahısında olub.

Seçicilərdən biri ölmüş şəxsin adının seçici siyahısında olmasına etiraz edib. Öz növbəsində seçki məntəqəsinin komissiya üzvü etiraz edən vətəndaşa “O, sizin üçün ölüb, bizim üçün ölməyib” deyib. Komissiya üzvünün bu sözlərindən sonra seçki məntəqəsində vəziyyət gərginləşib.

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasından bildirilib ki, araşdırılması üçün həmin şəxslərin adlarının quruma təqdim edilməsini istəyib.

Son xəbərlər
Bütün xəbərlər »