Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəbdə valideyn nəzarətçini döyüb

Bakıda məktəb nəzarətçisi valideyn tərəfindən döyülüb.

Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən 251 saylı tam orta məktəbində qeydə alınıb.

Belə ki, həmin məktəbdə oxuyan şagirdlərdən birinin valideyni F.K. (qadın) dərs zamanı otağa daxil olmaq istəyib. Bu zaman məktəbin nəzarətçisi, 1984-cü il təvəllüdlü X.Həsənova onu içəri buraxmayıb. Nəzarətçi ilə mübahisə edən valideyn ona hücum edərək saçından tutub.

Yaxınlıqda olan digər şəxslər onları ayırıb.

Daha sonra X.Həsənova bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »