Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bölgəyə yağan qarın hündürlüyü bir metri keçib

Cənub bölgəsinə güclü qar yağıb.

Bu barədə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.

Onun sözlərinə görə, qarın hündürlüyü dağ və dağətəyi kəndlərdə 1 metr 20 santimetrə çatıb:

“Rayonun mərkəzində qarın hündürlüyü 80 santimetrə çatmışdı. Küləkli hava şəraiti bəzi kəndlərin elektrik enerjisində fasilələrin yaranmasına səbəb olmuşdu. Amma "Azərişıq" ASC-nin əməkdaşlarının köməyi ilə problem aradan qaldırılıb.

Artıq ucqar kəndlərə gedən yollar qardan təmizlənib, elektrik enerjisi bərpa olunub. Hazırda vəziyyət normaldır”.(Trend)

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› “Baydenə zəng vur, Əliyevlə danışsın, imtina etməyəcək”
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› 3 rayonda su kəsiləcək
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »