Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropalılar seçkiyə tərif də deyiblər

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) Milli Məclisə növbədənkənar seçkilərlə bağlı fevralın 10-da ilkin qənaətlərini açıqladı. Hesabatda çoxlu tənqidi qeydlər var. Avropa İttifaqının da yaydığı bəyanat da bu hesabatdakı pozuntular haqda məlumatlara əsaslanıb.

Turan agentliyinin yaydığı məlumata görə, sənəddə deyilir: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) ilkin qiymətləndirməsinə görə, namizədlərin çox olmasına baxmayaraq, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit səbəbindən həqiqi rəqabət olmayıb, bəzi müxalifət partiyaları məhdudlaşdırıcı mühiti əsas gətirərək seçkiləri boykot edib. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının təmin olunmaması bəzi şəxslərin iştirakına mane olub.Avropa İttifaqı hesab edir ki, ATƏT/DTİHB-nin vurğuladığı kimi seçki bülletenlərinin sayılmasında yol verilən pozuntular narahatlıq doğurur”.

ABŞ səfirliyi də yaydığı bəyanatında məlum hesabatdakı tənqidi fakt, fikir və mülahizələrə əsaslanıb. Beynəlxalq qurumlar bu qanunsuzluqlara dair faktların araşdırılmasını Azərbaycan hökumətindən istəyib. Mərkəzi Seçki Komissiyası və başqa müvafiq qurumlar bu pozuntularn araşdırılacağını vəd edib, bir sıra dairələr üzrə araşdırmalar getdiyini deyib. Ancaq rəsmi mətbuatın məlumatlarna görə, hesabatda bir sıra müsbət məqamlar da yer alıb. Həmin məqamlar hansılardır?

Hesabatda çoxlu sayda namizədliyin qeydə alınması, namizədlərin qeydiyyatı prosesinin “inklüziv olması” müsbət hal kimi qeyd olunur. Heabatda həmçinin 19 siyasi partiyanın öz namizədlərini göstərməsi seçkinin pozitiv tərəflərindən biri kimi vurğulanır; Müsavat, Respublikaçı Alternativ partiyaları da daxil olmaqla, bu qədər siyasi təşkilatın seçkidə iştirakı, hesabatdan görübdüyü kimi, Azərbaycan hakimiyyətinin xeyrinə olub. Hesabatda müsbət hal kimi müşahidəçilərin sayı da vurğulanır; “89 min yerli, 883 beynəlxalq müşahidəçi qeydiyyata alınıb”. Hesabatda deyilir ki, seçki administrasiyası “resurslarla yaxşı təmin olunmuşdu və qısa vaxta baxmayaraq qanunla müəyyən edilmiş bütün müddətlərə riayət etdi”. ATƏT və Avropa Şurası hesabatda onu da yazıb: “MSK şəffaf surətdə işləmək üçün səylər göstərdi və beynəlxalq müşahidəçilərə münasibətdə xoşməramlı idi. İclaslar müşahidəçilər və mediaya açıq idi. Qərarlar bir qayda olaraq həmrəyliklə qəbul edilirdi və vaxtı-vaxtında sayta yerləşdirilirdi ki, bu da şəffaflığı artırırdı”.

5000-dən çox məntəqənin 1000-ində veb kameraların yerləşdirilməısini də ATƏT və AŞPA tərifləyib. Bunu şəffaflığa xidmət edən hal kimi qiymətləndirib. Jurnalist Xədicə İsmayılın Azərbaycan nümayəndə heyətinə AŞPA-da səlahiyyət verilməməsi çağırışına da missiya təmsilçisi skeptik yanaşıb, Rusiyaya qarşı bu sanksiyanın qoyulduğunu, ancaq səmərə vermıədiyini vurğulayıb.

Artur Gerasimov - ATƏT-in şahidəçiləri

Maraqlıdır ki, ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Artur Gerasimov: “Legitimlik məsələsini yalnız Azərbaycan xalqı müəyyən edir” deyib. DTİHB-in müşahidə missiyasının rəhbəri Piter Teyler isə qeyd edib ki, məsələ onların mandatına aid deyil.

Hesabatda pozuntularla bağlı faiz göstəriciləri misal gətirilir. Pozuntularla bağlı hesabatda göstərilən rəqəmlərdən də görünür ki, ATƏT, Avropa Şurası, ATƏT PA və AŞPA müşahidəçiləri ölkədəki seçki məntəqələrinin çox az hissəsini əhatə ediblər və onlar pozuntularla bağlı öz kiçik rəqəmlərinə əsaslanaraq tənqidi fikirlər söyləyiblər. Yəni seçkinin ümumi nəticəsinə təsir etməyəcək dərəcədə pozuntu faktları açıqlayıblar. Bununla belə Rusiya Xarici İşlər Nazirliyi xüsusi bəyanatla Avropalıların hesabatını tənqid edib: “Təəssüflə qeyd edirik ki, DTİHB, ATƏT və Avropa Şurası Parlament assambleyalarının müşahidəçiləri qərəzli və subyektiv, real mənzərəyə uyğun olmayan yekun qiymətləndirmə aparıblar”.

Bizimyol.info

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »