Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qubad İbadoğlunun qızı haqda nazirlikdən açıqlama

İqtisadçı Qubad İbadoğlu parlament seçkilər günü qızı Jalə Bayramovaya qarşı Lənkəran rayonu Şürük kəndində yerləşən 16-cı məntəqədə baş verən fiziki zordan və təzyiqlərdən danışıb. O bildirib ki, qızı məntəqədəki saxtakarlığa mane olduğuna görə, bu hadisə baş verib və indiyə kimi bu işlə əlaqədar heç kim cəzalandırılmayıb.

Jalə Bayramova - Qubad İbadoğlunun qızı Jalə Bayramova

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, J.Bayramova məntəqədəki saxtakarlığa mane olduğuna görə deyil, məntəqəyə gələn seçiciləri videoya çəkdiyinə görə bu hadisə baş verib:

Ehsan Zahidov Ehsan Zahidov

“Məntəqə sədrinin çağırışı ilə oraya daxil olan polis əməkdaşları Jaləni Rayon Polis Şöbəsinə gətirərək, müvafiq qaydada onun ərizəsini və izahatını alıblar. Dünən isə J.Bayramovanı RPŞ-nin rəisi şəxsən qəbul edib, dinləyib və xəsarətlərinin dərəcəsinin təyin edilməsi üçün tibbi ekspertizaya göndərilməsi də təmin edilib. Yəni, bu hadisə ilə əlaqədar RPŞ-də bütün zəruri tədbirlər həyata keçirilib”.

E.Zahidov onu da vurğulayıb ki, tibbi ekspertin rəyindən və bununla bağlı aparılan araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək. (yenisabah)

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› Yanvarın 24-nə olan hava proqnozu
››› Nazir Milli Qəhrəmanın bacısı oğlunu sərəncama göndərib
Son xəbərlər
Bütün xəbərlər »