Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Goranboyda qətl törədən şəxs saxlanılıb

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində doğulan 1999-cu il təvəllüdlü Faiq İsgəndərovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

F.İsgəndərov fevralın 10-da saat 10:00 radələrində Qızılhacılı qəsəbəsində qətlə yetirilib.

Araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyənləşdirilib. Bu, qətlə yetirilən şəxsin qonşusu 1994-cü il təvəllüdlü Kamran Məmmədovdur. Əməliyyatçılar K.Məmmədovu hadisədən bir neçə saat sonra Gəncə şəhərində saxlayıblar.

Məlum olub ki, K.Məmmədov Rusiyada yaşayıb və Goranboy rayonuna məhz F.İsgəndərovu öldürmək üçün qəlib.

İlkin məlumata görə, iki gənc arasında məişət zəminində münaqişə baş verib.

Qəsdən adam öldürmə faktı ilə əlaqədar cinayət işi açılıb, istintaq davam etdirilir.(oxu.az)

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »