Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meymun insana kömək əlini uzatdı - Foto

Borneo adasında çəkilmiş qeyri- adi şəkil insanlarda maraqla qarşılanıb. Meymun sinəsinə qədər suya girmiş insanın boğulduğunu sanıb, xilas etmək üçün ona öz əlini uzadıb.

Bizimyol.info xarici KİV-ə istinadən xəbər verir ki, Borneo Oranqutanların Xilasetmə Fondunun əməkdaşı qoruq ərazisindəki gölməçəni ilanlardan təmizləmək üçün gölə girib. Sinəsinə qədər bulanıq suya girən kişinin boğulduğunu sanan oranqutan onun göldən çıxmasına yardım etmək üçün pəncəsini uzadıb.Bu uğurlu an əraziyə səfərə gəlmiş ekskursiyaçıların biri tərəfindən lentə alınıb və sosial şəbəkələrdə populyarlıq qazanıb.

Maraqlıdır ki, ekoloq meymunun yardımını istəməyib və ona əl uzatmayıb. O bunu heyvanın təhlükəsizliyi xatirinə etdiyini deyib. “İnsanlarla vəhşi təbiətdə ünsiyyətə alışan oranqutanı brokonyerlər rahatlıqla ovlaya bilərlər, insana alışmasa, yaxşıdır”,- deyə o hərkətinin doğruluğunu əsaslandırıb.

Meymun - xilaskar

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »