Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Kral ailəsi parçalanır - Sarayda yeni qalmaqal
Royal Wedding

Böyük Britaniyada kral ailəsi Harri və Meqan Marklın səlahiyyətlərindən imtinasından özünə gəlməmiş, yeni zərbə ilə üzləşib. II Elizabetin böyük nəvəsinin həyat yoldaşı boşanma ərizəsi yazıb.

Bu barədə Lenta.ru xəbər yayıb.

41 yaşlı Otem Kelli 12 illik evlilikdən sonra Piter Fillipslə boşanmağa qərar verib. Ailəyə yaxın mənbənin verdiyi məlumata görə, Piter bu xəbərdən ümidsizliyə düçar olub:

“O, bunun baş verə biləcəyini düşünmürdü. Hesab edirdi ki, iki gözəl qızı ilə ideal ailəyə sahibdir. Piter tamamilə şok vəziyyətindədir”.

Müsahib onu da bildirib ki, kraliça Otemi çox istəyir:

“Heç şübhəsiz, kraliça çox kədərlənəcək. Əvvəl baş verənləri də nəzərə alsaq, elə bil ki, kraliyyət ailəsi parçalanır”.

O da vurğulanıb ki, Otem üçüncü şəxsə görə boşanmır: “Heç biri yeni roman barədə düşünmür, sadəcə onlar bir-birilərindən uzaqlaşıblar”.(oxu.az)

Kral ailəsi, Şahzadə Harri və Meqan Markl Kral ailəsi, Şahzadə Harri və Meqan Markl
Paylaş »
››› Azərbaycanda koronavirus həyacanı: “Səhiyyə bərbad gündədir, virus çox can ala bilər”
››› Azərbaycanlılar İrəvanda erməni kəşfiyyatını ələ saldılar: "Çox pis işləyirsiniz" - Video
››› Bloqçu Xocalı soyqırımı günündə gecə klubunda reyd keçirdi, qalmaqal yaşandı - Foto
››› Koronavirus xəstəsi Azərbaycandan Gürcüstana keçdi, sərhəd bağlandı
››› Koronavirus Gürcüstanda da aşkarlandı: Azərbaycandan keçib - Rəsmi
Son xəbərlər
Bütün xəbərlər »